Haqqımızda

Musira – musiqisevərlər üçün hazırlanmış müasir dinləmə təcrübəsidir. Bizim üçün musiqi sadəcə səslərdən ibarət deyil; bir ruhun, bir hekayənin və duyğuların ifadəsidir.

Şüarımız “Ruhunu sərbəst burax”. Çünki biz inanırıq ki, hər bir nota insanı azad edir. İstər yeni ifaçılar kəşf et, istər sevimli mahnılarını dəfələrlə dinlə — Musira’da musiqi səninlə, sənin ruhunla formalaşır.

Musira Vizyonumuz

Vizyonumuz

Texnologiya ilə sənəti bir araya gətirərək, yerli və qlobal musiqi mədəniyyətini hər kəs üçün əlçatan etməkdir. Musiqiçilərin öz sənətlərini azad şəkildə paylaşa bildiyi, dinləyicilərin isə qüsursuz səs keyfiyyəti ilə ruhunu qidalandırdığı bir ekosistem qururuq.

Gələcəkdə süni intellekt dəstəkli fərdi tövsiyə sistemlərimizlə hər bir istifadəçinin anlıq emosional vəziyyətinə uyğun ən doğru melodiyanı tapmağı hədəfləyirik.

Komandamız

Musira-nı hər gün daha da təkmilləşdirən yaradıcı beyinlər.

Komandaya Qoşul

Musiqinin gələcəyini bizimlə birlikdə formalaşdırmaq istəyirsən? Əgər sən də texnologiyaya, yeniliklərə maraqlısansa və ən əsası musiqini ürəkdən sevirsənsə, qapımız sənə həmişə açıqdır.

Yaradıcı developerlər, dizaynerlər və musiqi mütəxəssislərindən ibarət dinamik komandamızda sənə də yer var!



Vakansiyalara bax